Xəbərlər
MN: Ermənilər Azərbaycan Müdafiə Nazirliyi adına saxta instaqram hesabları açıb

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta instaqram hesabları açılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azeri Defence saytına bildirilib:
Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profillərə istinad etməməyə və aşağıdakı saxta hesabların bağlanılması üçün şikayət etməyə çağırırıq.
https://www.instagram.com/p/ByzdKPXgni4
https://www.instagram.com/mudafie_nazirliyi
https://www.instagram.com/mudafienazirliyiresmi
Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi instaqram hesabı bu linkdədir: https://www.instagram.com/azerbaijan_mod




