
MN: Sülhməramlılar mühafizə və müdafiə tapşırıqlarını yerinə yetirir
Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlılarının ümumi vəziyyəti sabitdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, sülhməramlılar hazırda onlar üçün müəyyən olunmuş sektorda mühafizə və müdafiə tapşırıqlarını yerinə yetirir.
Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.
CATEGORIES Xəbərlər
TAGS Azərbaycan OrdusuAzərbaycan sülhməramlılarıƏfqanıstanın Kabil Beynəlxalq Hava LimanıMüdafiə Nazirliyi