“Molot” minaatanının növbəti partlayışı olub

“Molot” minaatanının növbəti partlayışı olub

Martın 23-də “Luqansk Xalq Respublikasının xalq milisi” ilə təmas xəttində, Birləşmiş Qüvvələrin Əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələrinin 59-cu briqadasının 9-cu taborunda 120 mm-lik M120-15 “Molot” minaatanı partlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Luqansk Xalq Respublikasının xalq milisi” məlumat yayıb. Məlumatda bildirilib ki, partlayış nəticəsində 4 nəfər xəsarət alıb, onlardan 2-si aldıqları ağır yaralar səbəbindən hadisə yerində həlak olub.

Ukrayna Müdafiə Nazirliyi hələlik heç bir rəsmi açıqlama verməyib.

Qeyd edək ki, 2016-cı il tarixindən 23 mart 2021-ci il tarixinədək ümumilikdə 14 ədəd 120 mm-lik M120-15 “Molot” minaatanı partlayıb. Nəticədə böyük sayda hərbiçi yaralanıb və 15 nəfər hərbi qulluqçu həlak olub.

Ukrayna hərbiçiləri “Molot” minaatanının çoxsaylı partlayışlar nəticəsində öz heyətini məhv etməsi səbəbindən onu “özünüməhvetmə silahı” adlandırırlar.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS