MSN ADEX-2022-də yeni silah, texnika və PUA-larını sərgiləyəcək

MSN ADEX-2022-də yeni silah, texnika və PUA-larını sərgiləyəcək

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) ADEX-2022 sərgisində yerli istehsal olan ən son silah və hərbi texnikalarını nümayiş etdirəcək.

“Poliqon” xəbər verir ki, bu barədə Müdafiə Sənayesi nazirinin müşaviri Arif Babayev ADEX sərgisi ilə bağlı keçirilən mətbuat konfransında qeyd edib.

Arif Babayev bildirib ki, əvvəlki sərgilərdən fərqli olaraq bu il keçirilən ADEX-də Müdafiə Sənayesi Nazirliyi fərqli təqdimatlarla, yeni silah növləri, texnika və pilotsuz uçuş aparatlarını (PUA)  nümayiş etdirəcək.

“Tədbir iştirakçıları ölkənin müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mövcud və artmaqda olan imkanları ilə tanış ola biləcəklər. ADEX-də ən yeni silah növlərinin genişmiqyaslı nümayişi Silahlı Qüvvələrimizin texniki cəhətdən yenidən təchiz olunmasına töhfə verəcək. Bu sərgi konstruktiv ünsiyyətə, təcrübə mübadiləsinə, hərbi texniki sahədə yerli və xarici mütəxəssislər, ekspertlər arasında səmərəli əlaqələrin qurulmasına şərait yaradacaq və çox əlverişli platforma rolunu oynayacaq”, – deyə Arif Babayev tərəfindən qeyd olunub.

Poliqon.az

CATEGORIES
TAGS