Xəbərlər
MSTA-SM2 özüyeriyən haubitsanın dövlət sınaqları keçirilib

Rusiyanın müasirləşdirilmiş MSTA-SM2 özüyeriyən haubitsanın dövlət sınaqları keçirlib.
Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Nijni Novqorod vilayətinin “Mulino” təlim poliqonunda Qərb Hərbi Dairəsinin ümumqoşun ordusu tərəfindən sınaqları keçirilən MSTA-SM2 haubitsadan atışlar həyata keçririlib.
Müasirləşdirilmiş haubitsanın avtomatlaşdırılmış atəş idarəetmə sistemi QLONASS naviqasiya sistemindən istifadə edərək qapalı atəş mövqelərini atəşə tutub. Sistem dəqiqədə 10-dan çox atış həyata keçirə bilir.




