Xəbərlər
Müdafiə Nazirliyi: “Ermənistan təbliğatı yalan danışır”

Erməni tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır.
Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib”, – deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.







