Xəbərlər
Müdafiə Nazirliyi: YARS-larımızın hamısı tam tərkibdə sıradadır

Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyi tərəfindən oktyabrın 29-da guya Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin vurulması (YARS) barədə yayılan videogörüntüləri təkzib edib.
“Azeri Defence”nin məlumatına görə, Nazirliyin açıqlamasında “təqdim edilən video saxtadır və harada çəkildiyi məlum deyil”- deyə qeyd olunub.
Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sistemlərinin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.




