Müdafiə naziri: Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında qurulmasında böyük işlər görülür

Müdafiə naziri: Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında qurulmasında böyük işlər görülür

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında qurulmasında böyük işlər görülür

“Poliqon” xəbər verir ki, bunu IDEF-2023 sərgisi zamanı jurnalistlərə açıqlamasında Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Müdafiə naziri Türkiyə hərbi sənayesinin sürətlə inkişaf etməsini yüksək qiymətləndirib: “Sevindirici haldır ki, Türkiyənin hərbi sənayesi sürətlə inkişaf edir. Mən keçən dəfə də burada iştirak etdim və görürəm ki, nə qədər böyük fərq var. Xüsusi qeyd etmək istəyirəm ki, son illər belə sürətlə inkişaf bizi çox sevindirir”.

Zakir Həsənov bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunda islahatlar həyata keçirilir və Ordu Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında qurulur: “Ona görə də bizim həm strukturumuz, həm də silahımız eyni olmalıdır. Bu istiqamətdə böyük işlər görülür və mən əminəm ki, qısa bir müddətdə biz rəhbərlərimizin tapşırıqlarını yerinə yetirəcəyik”.

Türkiyənin hərbi məhsullarının əməliyyat meydanındakı performansını yüksək dəyərləndirən Z.Həsənov onların arasında effektiv silahların, raketlərin, topların və texnikaların olduğunu vurğulayıb.

Nazir sonda qeyd edib ki, hazırda Türkiyə müdafiə sənayesinin istehsalı olan və Azərbaycanı maraqlandıran bir çox hərbi məhsul var.

Poliqon.az

CATEGORIES