Müdafiə naziri HHM bölmələrinin gücləndirilməsinə dair tapşırıqlar verib

Müdafiə naziri HHM bölmələrinin gücləndirilməsinə dair tapşırıqlar verib

Oktyabrın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirə zamanı Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib.

“Poliqon” xəbər verir ki, müşavirədə hava hücumundan müdafiə, kəşfiyyat və əks kəşfiyyat, radioelekron mübarizə və digər bölmələrin gücləndirilməsinə dair konkret tapşırıqlar verilib.

Azərbaycan Ordusunun gələcək fəaliyyət istiqamətinə dair qarşıya qoyulan tapşırıqların dəqiqləşdirilməsi və müvafiq planların yenilənməsi ilə bağlı aidiyyəti üzrə göstərişlər verilib.

Müşavirədə, həmçinin qoşunların qarşılıqlı fəaliyyətdə keçirilən intensiv təlim və məşqlərinin keyfiyyətinin daha da artırılmasının əhəmiyyəti qeyd edilib.

Azərbaycan Ordusunda keçirilən döyüş hazırlığı tədbirlərində yüksək texnologiya və xüsusi hazırlıqlı heyətin imkanlarından səmərəli istifadə edilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin ölkədə keçirilən “Xəzri-2023”, “Eternity-2023” birgə təlimlərində və Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun ƏİK taboru və kəşfiyyat bölüyünün 2-ci səviyyəli yenidən qiymətləndirilməsində əldə edilən yüksək nəticələr qeyd olunub.

CATEGORIES