Müdafiə naziri ordunun müasir hərbi texnika və avadanlıqlarla təchiz olunmasından danışıb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Vətən müharibəsinin təcrübələri” konfransında çıxış edib.
“Poliqon” xəbər verir ki, general-polkovnik Zakir Həsənov bildirib ki, ölkə rəhbərinin tapşırığı əsasında, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun hərbi potensialının artırılması yönümündə islahatlar həyata keçirilib.
Müdafiə naziri yeni hərbi birliklərin yaradılması, qarşıya qoyulmuş vəzifələrin operativ və çevik yerinə yetirilməsi üçün silahlı qüvvələrimizin şəxsi heyətinin hərbi təhsil səviyyəsinin yüksəldilməsi, müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması barədə məlumat verib.