Müdafiə naziri Türkiyəyə gedib

Müdafiə naziri Türkiyəyə gedib

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır.

Poliqon.az

CATEGORIES
TAGS