Müdafiə Nazirliyi: Lokal xarakterli antiterror tədbirləri uğurla davam edir – VİDEO

Müdafiə Nazirliyi: Lokal xarakterli antiterror tədbirləri uğurla davam edir – VİDEO

Sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib.

CATEGORIES
TAGS