Xəbərlər

Müdafiə Nazirliyində yeni təyinatlar olub

Müdafiə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

“Poliqon” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.

Mətbuat Xidmətinin rəisi vəzifəsi isə xidmətin rəis müavini vəzifəsinə təyin edilən polkovnik-leytenant Anar Eyvazova həvalə edilib.

anar

Poliqon.az

Back to top button