Xəbərlər
Müdafiə Nazirliyinin hərbçilərinə “general-mayor” ali hərbi rütbəsi verilib

Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
“Poliqon” xəbər verir ki, Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
- polkovnik Rəsul Rasim oğlu Əliyevə
- polkovnik Elçin Rəhim oğlu Abdullayevə
- polkovnik Azər Əfrayıl oğlu Heybətliyə
- polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə
- polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə.




