“General Chereshnya” dronunun Ukrayna Silahlı Qüvvələrində istismarına icazə verilib

“General Chereshnya” dronunun Ukrayna Silahlı Qüvvələrində istismarına icazə verilib

Ukrayna Müdafiə Nazirliyi “General Chereshnya” FPV dronunu kodlaşdıraraq Silahlı Qüvvələr tərəfindən istismarına icazə verib.

“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, güclü elektrik mühərrikləri ilə təchiz olunan “General Chereshnya” FPV dronunun döyüş hissələri ilə təchizatı tətbiq variantından asılıdır. Dron müxtəlif ölçülü çərçivələr əsasında hazırlanır. “General Chereshnya” çərçivələrin ölçüsündən asılı olaraq, düşmənin zirehli texnikasını, nəqliyyat vasitələrini və s. məhv etmək üçün nəzərdə tutulmuş partlayıcı yükləri daşıya bilir.

FPV dron bir neçə dəqiqə ərzində yerləşdirilə və istifadəyə hazır vəziyyətə gətirilə bilər. Bu isə şəxsi heyətin təhlükəsizliyinin təmin olunması baxımından vacibdir.

CATEGORIES