
“Cəbhə boyu ərazidə ermənilər öz yaşayış məntəqələrini tərk edirlər”.
“AzeriDefence”nin məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev bildirib.
O deyib ki, ordumuz cəbhə xəttində düşmənə sarsıdıcı zərbələr endirir: “Cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi düşmənin ayaqlarının altındakı torpaq yanacaq. Ermənilər bizim gücümüzü hiss edirlər və görürlər”.



