
Müdafiə Sənayesi Nazirliyi ilə Çinin ALIT şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib
Sentyabrın 11-də Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə səfərdə olan Çinin “Aerospace Long-March International Trade Co., Ltd” (ALIT) şirkətinin sədri Hu Zhongminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşdə Azərbaycanla Çin arasında müdafiə sənayesi sahəsində uğurlu əlaqələrin olduğu qeyd edilib.
ALIT”şirkəti ilə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.
TAGS Manşet