Mürsəl İbrahimov Şəmkirdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 28 avqust 2026-cı il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Bu barədə “Poliqon”a SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların 24 avqust 2026-cı il tarixədək SHXÇDX-nin adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.




