MZK qülləsinin atış sınağı yekunlaşdırılıb

MZK qülləsinin atış sınağı yekunlaşdırılıb

Türkiyənin “Roketsan” şirkəti tərəfindən inkişaf etdirilən Modul Zirehli Qüllə (MZK – Modüler Zırhlı Kule) sisteminin atış sınağı yekunlaşdırılıb.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, MZK qülləsinin atış sınaqları uğurla tamamlanıb.

Qeyd edək ki, M60A3, T-72 və “Leopard A1” tankları başda olmaqla, müxtəlif tanklara quraşdırıla bilən MZK qülləsi effektiv atış bacarığına malikdir. MZK, yüngül kütləyə sahib olmasına baxmayaraq, müştərilərə yüksək qoruma və sağ qalma qabiliyyəti təmin edir.

Qüllə avtomatik doldurma, atəşi idarəetmə, lazer xəbərdarlıq və yaxın məsafə görüş sistemləri ilə təchiz olunub. MZK qülləsi əsas 105 mm-lik topdan başqa, uzaqdan idarə olunan silah sistemi ilə də silahlandırılıb.

CATEGORIES
TAGS