“N” hərbi hissəsinin yaranma günü qeyd olunub
Oktyabrın 3-də “N” hərbi hissəsinin yaranma günü münasibətilə tədbir keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Müdafiə Nazirliyi rəhbərliyinin təbriki şəxsi heyətə çatdırılıb, eləcə də hərbi hissənin yaranma tarixi barədə ətraflı məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunda aparılan uğurlu islahatların müsbət nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.
Sonda hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.