Naməlum şəxslər tərəfindən “Facebook”da “Azeri Defence”nin saxta səhifəsi yaradılıb – AÇIQLAMA

“Facebook” sosial şəbəkəsində naməlum şəxslər tərəfindən “Azeri Defence” jurnalının və saytının saxta səhifəsi yaradılıb.
Oxucularımızın diqqətinə çatdırırıq ki, plagiat səhifə jurnalımızın rəsmi “Facebook” səhifəsinin birəbir kopyası (www.facebook.com/AzeriDefences) olaraq hazırlanıb. Səhifədə saytımızda yayımlanan bəzi xəbərlər paylaşım edilir.
“Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov bildirib ki, plagiat səhifənin yaradılmasında yalnız bir məqsəd var -Azərbaycanda kifayət qədər tanınmış və yeganə hərbi jurnal və sayt olan “Azeri Defence”nin adından istifadə etməklə təxribatlar həyata keçirmək.
“Bu birmənalı şəkildə “Azeri Defence” ticari markasının da qeyri-qanuni şəkildə gözdən salmağa yönəlib. Bəyan edirəm ki, yalnız saytımız üzərindən keçid verilən rəsmi “Facebook” səhifəmizdən əlavə, adımıza yaradılmış heç bir səhifə və qrupda gedən informasiyalara görə məsuliyyət daşımırıq”, – deyə R. Süleymanov qeyd edib.
R.Süleymanov onu da qeyd edib ki, saxta səhifənin qapadılması üçün çalışılır: “Düşünürəm ki, bu, ermənilərin təxribatıdır. Onlar bu cür hərəkətlərlə Azərbaycan sosial şəbəkə istifadəçiləri arasında çaşqınlıq yaratmaq və öz məqsədlərinə nail olmağa çalışırlar”.




