Narkotik tərkibli həblərin PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb

Narkotik tərkibli həblərin PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, oktyabr ayının 13-də DSX Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli həbin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən 980 ədəd narkotik tərkibli Metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 7c3597cd945882bc57387b3bc1889ef1

CATEGORIES