Müdafiə
NATO-nun ekspert qrupu tərəfindən Bakıda seminar keçirilir

Oktyabrın 13-dən Bakı şəhərində NATO-nun Standartlaşdırma ofisinin ekspert qrupu tərəfindən “Standartlaşdırma və uzlaşma” seminarı keçirilir.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İkigünlük seminar çərçivəsində NATO-nun Standartlaşdırma ofisinin direktoru general-mayor Edvadas Majeikasın (Litva Respublikası) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrində aparılan standartlaşdırma fəaliyyəti ilə tanış olacaq, NATO-da həyata keçirilən standartlaşdırma və uzlaşma siyasəti barədə məlumat verəcək, o cümlədən mövcud əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.



