Müdafiə

Naxçıvan Ordusuna yeni nəqliyyat vasitələri verilib

Əlahiddə Ümumqoşun Ordu tabeliyində olan hərbi hissə və birləşmələrə yeni avtomobillər təqdim edilib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin məətbuat xidmətindən məlumat verilib.

Mayın 19-da texnikanın təqdim edilməsində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və müdafiə naziri general-polkovnik Zakir Həsənov avtomobillərə baxıblar.

Yüksək texniki göstəricilərə malik 11 ədəd “Mitsubishi L-200”, 2 ədəd “Fiat” markalı xidməti avtomobil, həmçinin şəxsi heyətə səhra şəraitində və döyüş əməliyyatları zamanı təxirəsalınmaz təcili tibbi yardım göstərilməsi üçün 2 ədəd “Ford” markalı səyyar tibbi yardım və 1 ədəd rentgen flüoqrafiya avtomobili hərbi hissələrə təqdim olunub.

Back to top button