Naxçıvan Qarnizonu Qoşunları komanda-qərargah təlimi keçirir

Naxçıvan Qarnizonu Qoşunları komanda-qərargah təlimi keçirir

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi keçirilir.

“Poliqon” NUHÇIXAN İnformasiya Agentliyinə istinadən xəbər verir ki, komanda-qərargah təliminin ssenarisinə uyğun olaraq müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələri “Həyəcan” siqnalı ilə qaldırılıb.

Təlimdə komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib aktiv radioelektron mübarizə şəraitində yuxarı qərargaha məruzə etməsinə, tabelikdə olanlara çatdırmasına, döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib.

Çətin keçiləbilən dağlıq ərazilərdə aşkar edilən şərti düşmənin terror qruplaşmaları xüsusi həmlə qrupları tərəfindən dronların və pilotsuz uçuş aparatlarının (PUA) dəstəyi ilə məhv edilib və hakim yüksəkliklər ələ keçirilib.

Tank təhlükəli istiqamətlərdə açılma hədlərini tutan tank əleyhinə bölmələr tərəfindən düzünə və yarımdüzünə tuşlama ilə şərti düşmənin zirehli texnikaları məhv edilib.

Aviasiya ilə qarşılıqlı əlaqə suallarının işlənildiyi təlimdə hava hücumundan müdafiə bölmələri şərti düşmənin hava hücum vasitələri və PUA-lara qarşı fəaliyyətləri icra ediblər.

Bildirilib ki, qərargahlar üçün əməliyyat şəraitinin daha da mürəkkəbləşdirilməsi məqsədilə əlavə qüvvələrin cəlb edildiyi komanda-qərargah təlimi davam edir.

təlim2 2 3 2 4 2 5 2 6 1 7 8

Poliqon.az

CATEGORIES
TAGS