Naxçıvanda gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar

Naxçıvanda gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə şəhidlərin əziz xatirəsi yad edilib və Dövlət Himni səsləndirilib.

Çıxış edən zabit, əsgər və valideynlər Vətən Müharibəsində qazanılan təcrübə ilə keçirilən məşğələlərdə peşəkarlaşan gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.

General-leytenant Fazil Ağalarov ixtisas hazırlığı kurslarını uğurla başa vurmaları münasibətilə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb və muxtar respublikada ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb.

Bildirilib ki, dövlət qayğısı ilə bütün birləşmə və hissələrdə, yüksək dağlıq şəraitdəki mövqelərdə müasir xidmət şəraiti yaradılıb. Şəxsi heyətin döyüş hazırlığının artırılması üçün plana uyğun təlim və məşğələlər keçirilir. Bütün bunların nəticəsində Vətən Müharibəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edərək torpaqların azad edilməsi uğrunda şücaət göstəriblər. İnanırıq ki, bu gündən döyüş növbətçiliyinə cəlb olunacaq əsgərlər də Vətən Müharibəsində şücaətləri ilə seçilən hərbi qulluqçular kimi torpaqların müdafiəsində cəsarətlə dayanacaqlar.

Çıxışların ardından əsgərlər müxtəlif hərbi ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər. Yolasalma mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş