Nazir: “TEKNOFEST Azərbaycan” müsabiqələrində milli prioritetlər və gələcək hədəflər əsas meyar kimi götürülüb

Nazir: “TEKNOFEST Azərbaycan” müsabiqələrində milli prioritetlər və gələcək hədəflər əsas meyar kimi götürülüb

“TEKNOFEST Azərbaycan” festivalının müsabiqələrini müəyyən edərkən Azərbaycanın milli prioritetləri və gələcək hədəfləri əsas meyar kimi götürülüb.

Bu fikiri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “POLİQON” jurnalına açıqlamasında bildirib.

“Azərbaycan müasir dünyanın yeni çağırışlarına – rəqəmsallaşma və innovasiyaya uyğun insan resursları yetişdirilməsi yolunu seçib. 2021-ci ilin fevral ayında cənab Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində təsbit olunmuş beş istiqamətdən biri məhz “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”dır.

“TEKNOFEST Azərbaycan” festivalının müsabiqələrini müəyyən edərkən ölkəmizin milli prioritetləri və gələcək hədəfləri əsas meyar kimi götürülüb. Bu çərçivədə 8 texnoloji müsabiqə, 3 beynəlxalq tədbir keçirilir. Festivalda iştirak üçün ümumilikdə 1000 komanda, 5000-dək şəxs müraciət edib”, – deyə nazir Rəşad Nəbiyev vurğulayıb.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı mesajı bütöv formada “POLİQON” jurnalının bu festival üçün xüsusi olaraq hazırlanan yeni buraxılışında dərc ediləcək.

Poliqon.az

CATEGORIES
TAGS