Niderland F-16-ların sonuncu partiyasını Ukraynaya göndərib

Niderland F-16-ların sonuncu partiyasını Ukraynaya göndərib

Niderland F-16 döyüş təyyarələrinin sonuncu partiyasını Ukraynaya göndərib.

Bu barədə “Poliqon” Niderland Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Bildirilib ki, Niderland tərəfindən ümumilikdə 24 ədəd F-16 təyyarəsi Ukraynaya çatdırılıb.

Bununla bağlı fikirlərini bölüşən Niderlandın müdafiə naziri Ruben Brekelmansın sözlərinə görə, Rusiyanın gündəlik hava hücumları səbəbindən F-16-lar Ukrayna üçün həyati əhəmiyyət kəsb edir.

“Qısa müddətdə Ukrayna Hərbi Hava Qüvvələri F-16-ya ortaq keçid etməli oldu. Bu, sülh dövründə illər tələb edir. İndi isə rekord müddətdə həyata keçirilib. Ukraynalı pilotlar və texniklər tərəfindən böyük nailiyyətdir”, – deyə nazir qeyd edib.

CATEGORIES
TAGS