
Vüqar Mustafayev IDEX-2025 sərgisində xarici şirkətlərin rəhbərləri ilə görüşüb
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən IDEX-2025 Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində fevralın 18-də İspaniyanın “Escribano” şirkətinin prezidenti Xavier Escribano Ruiz və “İndra” şirkətinin sədri Angel Escribano Ruiz, həmçinin Çinin “Norinco” şirkətinin prezidenti Çen Defan, İndoneziyanın “E-System Solutions FZ” şirkətinin icraçı direktoru Həbib Boukharouba ilə görüşüb.
Bu barədə “Poliqon”a Müdafiə Sənayesi Nazirliyinin (MSN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşlərdə şirkətlərin hərbi sənaye müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, bu sahədə qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi ilə bağlı razılığa gəlinib.
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti ilə İspaniyanın “Escribano” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, Çinin “Norinco” şirkəti ilə əməkdaşlığa dair müqavilə imzalanıb.