Niderland İsraildən PULS YARS-lar alır

Niderland İsraildən PULS YARS-lar alır

İsrailin “ELBIT Systems” şirkəti Niderland Ordusuna PULS yaylım atəşli reaktiv sistemlər (YARS) tədarük edəcək.

“Poliqon” “ELBIT Systems”ə istinadən xəbər verir ki, PULS YARS-ların tədarükü üçün İsrail və Niderlandın Müdafiə nazirlikləri arasında 305 milyon dollar dəyərində satınalma müqaviləsi imzalanıb.

Bildirilib ki, 5 il ərzində yerinə yetiriləcək satınalma istehsalçı ilə birbaşa müqavilə əsasında deyil, hökumətlərarası G2G (Government to Government – Hökumətdən Hökumətə) razılaşma yolu ilə həyata keçirilir.

Müqaviləyə əsasən, “ELBIT Systems” sifarişçiyə COMMIT yük maşınının şassisinə inteqrasiya olunmuş 20 ədəd PULS YARS və onun raketlərini tədarük edəcək, eləcə də bu sistemlərlə bağlı təlim və dəstək xidmətləri göstərəcək.

Perspektivli PULS YARS “ELBIT Systems” şirkətinin müxtəlif, o cümlədən yüksək dəqiqlikli, idarə olunan reaktiv sursatlardan istifadə etmək imkanı olan 2 konteyneri yerləşdirən çoxməqsədli dəqiq universal buraxma sisteminin (Precise Universal Launching System) əsasında hazırlanıb.

PULS YARS buraxma qurğusuna aşağıda sadalan reaktiv mərmilər olan 2 konteyner yerləşdirilə bilər:

  • 122 mm çaplı və 35 km-ə qədər uçuş mənzilli AccuLAR-122 – 18 ədəd;
  • 160 mm çaplı və 40 km-ə qədər uçuş mənzilli AccuLAR-160 – 10 ədəd;
  • 306 mm çaplı və 150 km-ə qədər uçuş mənzilli Extra – 4 ədəd;
  • 370 mm çaplı və 300 km-ə qədər uçuş mənzilli Predator Hawk – 2 ədəd.

Poliqon.az

CATEGORIES
TAGS