
Niderland Ukrayna üçün “Ermine” nəqliyyat vasitələri alır
Niderland Müdafiə Nazirliyi Ukrayna İşçi Qrupu adından bu ölkənin Silahlı Qüvvələri üçün 20 ədəd “Ermine” nəqliyyat vasitəsi alır.
“Poliqon” “Rheinmetall” şirkətinə istinadən xəbər verir ki, bunun üçün Nazirlik və “Rheinmetall Defense Nederland B.V.” şirkəti arasında müqavilə imzalanıb.
Bildirilib ki, Ukrayna üçün nəqliyyat vasitəsinin insanlı və insansız variantları sifariş edilib. Bu vasitələr Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcək və cəbhə xəttinə yaxın ərazilərdə yaralıların təxliyəsi imkanlarını gücləndirəcək. Nəqliyyat vasitələrinin 2026-cı ildə təhvil verilməsi planlaşdırılır.