Aerospace

Nigeriya Mi-35M helikopterlərinə üstünlük verdi

Nigeriya Hərbi Hava Qüvvələri Rusiyanın “Vertalyotı Rosii” şirkətindən 2 ədəd Mi-35M helikopterini təhvil alıb.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

2016-cı ilin noyabrında Rusiya və Nigeriya arasında 12 ədəd Mi-35M helikopterinin sifarişinə dair müqavilə imzalanıb.

Müqaviləyə əsasən qalan 10 ədəd döyüş helikopterinin sifarişçiyə 2018-ci ilin sonu qədər çatdırılması planlaşdırılır.

Məlumatda o da qeyd olunub ki, Mi-35M helikopteri inventara daxil edildikdən sonra, əməliyyatlara qoşulacaq.

Hərbi Hava Qüvvələri döyüş helikopterlərini əsasən yaxın hava dəstəyi xidmətlərində istifadəsin nəzərdə tutur.

Back to top button