HavaXəbərlər

“Northrop Grumman” 1000-ci APG-83 SABR radar sistemini təhvil verib

ABŞ-ın “Northrop Grumman” şirkəti istehsa etdiyi 1000-ci APG-83 “Scalable Agile Beam Radar” (SABR) radar sistemini təhvil verib.

“Poliqon” “Northrop Grumman”a istinadən xəbər verir ki, SABR hazırda istismarda olan F-16 kimi döyüş təyyarələrini F-22 və F-35 tipli yeni nəsil qırıcıların qabaqcıl sensor texnologiyaları ilə modernləşdirən müasir radar sistemidir.

SABR radarının qabaqcıl imkanları pilotlara daha aydın və sürətli məlumat təqdim edir. Sistem yer səthinin xəritələndirilməsi, hərəkətli hədəflərin izlənməsi və elektron siqnalların aşkarlanması kimi bir neçə sensor funksiyasını özündə birləşdirir. ABŞ istehsalı mikroelektronika ilə təchiz olunan radarın çevik dizaynı onun müxtəlif təyyarələrə sürətlə inteqrasiyasına imkan verir. Davamlı proqram təminatı yenilənmələri sayəsində isə aparat hissəsini dəyişmədən yeni təhdidlərə uyğunlaşdırıla bilir.

Bundan əlavə, SABR radarının “Integrated Viper Electronic Warfare Suite” elektron müharibə sistemi ilə qarşılıqlı işləmə qabiliyyəti eyni vaxtda həm aşkarlama, həm də müdafiə tapşırıqlarının yerinə yetirilməsini təmin edir.

Back to top button