Norveç HHM imkanlarını NASAMS-larla gücləndirir

Norveç HHM imkanlarını NASAMS-larla gücləndirir

Norveç hökuməti “Kongsberg Defence & Aerospace” (KONGSBERG) şirkətinə əlavə NASAMS zenit-raket kompleksləri (ZRK) sifariş edib.

“Poliqon” KONGSBERG-ə istinadən xəbər verir ki, bununla bağlı şirkət və Norveçin Müdafiə Avadanlıqları Agentliyi (NDMA) arasında 2.7 milyard NOK (237.6 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

Qeyd edilib ki, Norveç Silahlı Qüvvələrinə əlavə NASAMS ZRK-lərin tədarükü hava təhdidləri ilə mübarizə aparmaq üçün ölkənin müdafiə qabiliyyətini gücləndirəcək.

CATEGORIES