
Norveçin “Kongsberg” şirkəti F-35 döyüş təyyarəsi üçün yaradılan JSM (Joint Strike Missile) raketinin ilk uzun mənzilli uçuş testlərini tamamlayıb.
Bu barədə “AzeriDefence” “Kongsberg” şirkətinin saytına istinadən məlumat verib.
F-16 C/D döyüş təyyarəsi ilə keçirilən atış sınaqları zamanı JSM müəyyən olunan bütün testləri uğurla keçib.
Məlumatda o da qeyd olunub ki, JSM dəniz NSM raketinin (Naval Strike Missile) bazasında hazırlanmış çoxməqsədli raketdir.
Norveç Müdafiə Nazirliyi və digər şirkətlərlə əməkdaşlıq çərçivəsində yaradılan yeni raket F-35 təyyarəsində tətbiq ediləcək yeganə gəmi əleyhinə raketdir.
F-35 daxili silah bölmələrində iki belə raket daşıya biləcək. JSM 280 kilometrə qədər məsafədə gəmilərə qarşı tətbiq edilə bilər. Raket həmçinin yerüstü güclü zirehə malik hədəflərin məhvi üçün istifadə oluna bilər.



