NSM sahil mühafizə sistemlərinin Bolqarıstana satışı təsdiqlənib

NSM sahil mühafizə sistemlərinin Bolqarıstana satışı təsdiqlənib

ABŞ Dövlət Departamenti 620 milyon dollar dəyərindəki NSM (Naval Strike Missile) sahil mühafizə sistemlərinin Bolqarıstana satışını təsdiqləyib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə NSM sistemlərinin, onlar üçün raketlərin və digər avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçısı Norveçin KONGSBERG şirkəti olacaq.

Qeyd edək ki, NSM, “Raytheon Missiles and Defense” (ABŞ) ilə KONGSBERG (Norveç) şirkətləri tərəfindən birgə yaradılan gəmi əleyhinə və yerüstü 5-ci nəsil ən yüksək dəqiqlikli uzun mənzilli zərbə raketidir. Raket “Microturbo” TRI-40 turboreaktiv mühərriki ilə təchiz edilib.

Ən müasir quruluş və kompozit materialların istifadəsi, raketlərə mürəkkəb gizlilik imkanları vermək üçün tətbiq olunub. Kütləsi 400 kq-dan biraz artıq olan raketin nüfuzedici/fuqas döyüş hissəsinin kütləsi 120 kq, minimal uçuş mənzili 3 km və maksimal uçuş mənzili 185 km-dən (100 dəniz milindən) çoxdur. Onun uzunluğu 3.96 m, qanad açıqlığı 1.4 metr və uçuş sürəti 0.975 Mach-dır.

NSM raketi sahil sularında və açıq dəniz ssenarilərində aparılacaq döyüş fəaliyyətləri üçün nəzərdə tutulub.

CATEGORIES