“Orbiter 4” dözümlülük rekordunu vurdu

“Orbiter 4” dözümlülük rekordunu vurdu

“Orbiter 4” mini taktik pilotsuz uçuş aparatı (PUA) 25 saat havada qalmaqla dözümlülük rekorduna imza atıb.

“Aeronautics Group” şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, platforma “T-Stamp” elektro-optik kompleksi ilə təchiz olunmuş halda uçuş dözümlülük missiyasını yerinə yetirib.

“Orbiter 4” mini taktik PUA “Aeronautics Group” şirkətinin “Orbiter” PUA ailəsinin ən mürəkkəb hava şəraitlərində istifadə edilə bilən uzaq məsafəli və uzun müddət havada qalma qabiliyyətinə malik nümunəsidir. Platforma eyni vaxtda elektro-optik komplekslə bərabər SAR radarı, və yaxud MPR radarı olmaqla iki fərqli faydalı yükü daşıya bilir. Bundan əlavə, sistem müasir sensorların sürətli inteqrasiyasına imkan verən açıq arxitekturaya malikdir.

orbiter 2“Bu yeni nailiyyət taktiki PUA seqmentindəki texnoloji liderliyimizi vurğulayır. Platformanı müştərilərimizin xeyrinə inkişaf etdirməyə və təkmilləşdirməyə qərarlıyıq”, – deyə “Aeronautics Group”un baş icraçı direktoru Amos Matan bildirib.

“Orbiter 4” mini taktik PUA kəşfiyyat məlumatlarının toplanması, sərhəd mühafizə, dəniz əməliyyatları və digər bütün ISTAR missiyaları üçün nəzərdə tutulur.

Uçuş kütləsi 50 kq təşkil edən “Orbiter 4” PUA-nın qanad açıqlığı 5.4 metr, sürəti 70 uzl (130 km/saat), datalink məsafəsi 150 km təşkil edir. 5500 metr uçuş yüksəkliyinə malik PUA 12 kq faydalı yük götürmə qabiliyyətinə sahibdir.

 

 

CATEGORIES
TAGS