“Ordu-2023”də AK-12 avtomatının modernləşdirilmiş versiyası nümayiş etdiriləcək
“Kalaşnikov” konserni Rusiyada keçiriləcək “Ordu-2023” Beynəlxalq Hərbi-Texniki Forumunda AK-12 avtomatının modernləşdirilmiş versiyasını nümayiş etdirəcək.
“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, konsern “Ordu-2023”də aralarında pilotsuz uçuş aparatları, avtomatlar, tapançalar, raket və artilleriya silahlarının da yer aldığı ümumilikdə 150-dən çox hərbi təyinatlı məhsul sərgiləyəcək.
Bunların sırasına daxildir:
- “Çukavin” snayper tüfəngi;
- PPK-20 avtomatı;
- MPL, MPL1 və PLC tapançaları;
- “Buk-M3” və “Tor-M2” zenit-raket kompleksləri (ZRK);
- “Vixr-1” tank əleyhinə idarə olunan raketi (TƏİR);
- “Strela 9M333” zenit idarə olunan raketi;
- “Kitolov-2M” idarə olunan artilleriya mərmisi;
- BK-16 sürətli nəqliyyat və desant çıxarma kateri;
- BK-10 yüksəksürətli hücum kateri və s.