
“Oshkosh Defense” çox missiyalı avtonom avtomobillər ailəsini inkişaf etdirib
“Oshkosh Corporation” korporasiyasının törəməsi olan “Oshkosh Defense” şirkəti, 13-15 oktyabr 2025-ci il tarixlərində Amerika Birləşmiş Ştatları Ordusu Assosiasiyasının (Association of the United States Army – AUSA) illik AUSA-2025 görüş və sərgisində özünün çox missiyalı avtonom vasitələr ailəsini (Family of Multi-Mission Autonomous Vehicles – FMAV) təqdim edib.
“Poliqon”un məlumatına görə, AUSA-2025 sərgisində “Oshkosh Defense” şirkəti “Tomahawk” qanadlı raketləri, yaylım atəşli reaktiv sistemlər üçün GMLRS və PrSM kimi MFOM (Family of Munitions) ailəsi döyüş sursatları, həmçinin “Switchblade 600” süzən döyüş sursatının buraxılması üçün başqa bir platformanın gəlişini qeyd edərək, yeni çox missiyalı avtonom avtomobillər ailəsini – FMAV ailəsindən istehsala hazır üç variantı nümayiş etdirib:
– “Extreme Multi-Mission Autonom Vehicle” (X-MAV), uzun mənzilli döyüş sursatlarının gələcəyini dəstəkləmək üçün hazırlanmış məqsədyönlü, avtonom qabiliyyətli buraxma qurğusu həllidir. Bu buraxma qurğusu, ABŞ Ordusunun modernləşdirilməsi yol xəritəsinin tərkib hissəsi kimi yüksək mobil, yerüstü dərin zərbə variantıdır. Onun debütü, mobillik və səpələnməyə diqqət yetirməklə qanadlı raketlərə yanaşmanı yenidən təsvir edir, diqqəti konteyner əsaslı buraxma qurğularından maskalanmış, atəş aça və tez yerini dəyişə bilən xüsusi platformalara keçirir.
Bu, ən ağır faydalı yüklər üçün möhkəm şassi, sübut edilmiş yolsuzluq hərəkətliliyi və inteqrasiya olunmuş avtomobil gücü ilə çoxdomenli tapşırıqlar və birləşmələr üçün “Common Autonomous Multi-Domain Launcher Heavy” (CAML-H) proqramını dəstəkləmək üçün ideal təməldir.
X-MAV dörd dəst yerüstü bazalanmalı “Tomahawk Land Attack Missiles” raketi ilə silahlandırılır. Bu, ABŞ-ın mövcud “Typhon” buraxma qurğularının (Tomahawk qanadlı raketlərini 1,8 min km-ə qədər və SM-6 çoxməqsədli raketlərini mövcud versiyada 500 km-ə qədər (lakin gələcək versiyalarda daha uzun olacağı gözlənilir) atmaq üçün nəzərdə tutulmuş ABŞ Ordusunun mobil yerüstü buraxılış qurğusudur) faydalı yükü ilə üst-üstə düşür.
– “Medium Multi-Mission Autonomous Vehicle” (M-MAV), “Oshkosh FMTV A2” yük avtomobilinin bazasında hazırlanan M-MAV ABŞ Ordusunun ən aktual çağırışlarına inteqrasiya olunmuş, gələcəyə hesablanmış həll yolu təqdim edir.
İstəyə bağlı olaraq idarə olunan və ya tam avtonom buraxma qurğuları üçün nəzərdə tutulmuş M-MAV sağ qalma qabiliyyətini artırmaq, heyət yükünü azaltmaq və səpələnmiş, dayanıqlı atəş aparılmasını təmin etmək üçün qabaqcıl naviqasiya, uzaqdan idarəetmə və avtomatlaşdırılmış təchizat imkanları təqdim edir. M-MAV yaylım atəşli reaktiv sistemi (YARS) MFOM döyüş sursatları ailəsi (GMLRS, ER-GMLRS, PrSM, ATACMS, oint Reduced Range Rocket – JR3) ilə təchiz ediləcək.
– “Light Multi-Mission Autonomous Vehicle” (L-MAV), ABŞ Dəniz Piyadaları Korpusunun ROGUE-Fires təyyarəsinin əsasında hazırlanmış L-MAV sübut edilmiş, istehsala hazır avtonom daşıyıcıdır.
Onun modul quruluşu PUA-lara qarşı (Counter-Unmanned Aerial Systems – C-UAS), radioelektron mübarizə və ya təminat kimi tapşırıqlar üçün sürətli uyğunlaşdırmaya imkan verir və birləşmələr arasında dərhal əməliyyata hazır olmağa təmin edir.
L-MAV üzərində “AeroVironment Switchblade 600” süzən sursatı və “C-UAS BlueHalo Titan” pilotsuz uçuş aparatı (PUA) nümayiş etdirilib.
Əhəd Vahidoğlu