“Rheinmetall” şirkəti Bundesverin nəqliyyat vasitəsini müasir rabitə sistemləri ilə təchiz edəcək
“Rheinmetall” şirkəti Almaniya Silahlı Qüvvələri (Bundesver) üçün “KNDS Deutschland” şirkəti tərəfindən istehsal olunacaq 10 min ədəd nəqliyyat vasitəsini müasir rabitə sistemləri ilə təchiz edəcək.
“Poliqon” xəbər verir ki, bunun üçün Almaniyanın “Rheinmetall” və “KNDS Deutschland” şirkətləri arasında 1.98 milyard avro dəyərində müqavilə imzalanıb.
Müqavilə üzrə rabitə sisemlərinin istehsalı, tədarükü və inteqrasiyasına dair bütün işlər 2025-2030-cu illər ərzində yerinə yetiriləcək.