Çin Xalq Respublikası Müdafiə Nazirliyi tərəfindən 2013-cü ildə Azərbaycan Müdafiə Nazirliyinə 3 milyon yuan (485 000 ABŞ dolları) dəyərində təmənnasız hərbi yardım göstərilib. Bu barədə “AzeriDefence” hərbi mənbələrə istinadən məlumat verib. Təmənnasız hərbi yardımın strukturu barədə məlumat verilməyib. Yardım 2013-cü il yanvarın 21-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi haqqında Saziş” çərçivəsində baş tutub.