Ötən il xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər şəxs saxlanılıb

Ötən il terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər şəxs saxlanılıb, bu qəbildən olan daha 11 nəfər müəyyən edilib.
“Poliqon” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində qeyd olunub.
Müşavirədə o da bildirilib ki, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 5 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib,
Bundan başqa, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, qaçaqmalçılıqla məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib, 71 nəfər sərhəd, 41 nəfər rejim pozucusu, 11 nəfər qeyri-leqal miqrant sərhədçilər tətəfindən müəyyən olnunaraq saxlanılıb.




