“Otokar” şirkətinin hibrid “Əqrəb”i yolda – ÖZƏL

“Otokar” şirkətinin hibrid “Əqrəb”i yolda – ÖZƏL

Türkiyənin “Otokar” şirkəti tərəfindən “Akrep” (“Əqrəb”) zirehli maşın ailəsinin yeni hibrid versiyası hazırlanır.

Bu barədə “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc “Poliqon”a açıqlamasında deyib.

Baş direktor bildirib ki, “Otokar” 2022-ci ildə “Akrep” maşınlarının hibrid versiyasının təqdimatını keçirməyi planlaşdırıb.

Bundan əvvəl, 2019-cu ildə “Otokar” şirkəti “Akrep” zirehli maşın ailəsinin “Akrep IIe” elektrik versiyası, IDEF-2021 sərgisində ilk dəfə “Akrep IId”  dizel versiyasını nümayiş etdirib.

“Beləliklə eyni məhsulda həm dizel, həm elektrik, həm də hibrid mühərrikli üç fərqli versiyası təqdim ediləcək. “Akrep” maşınları termal və akustik izlər buraxmır, səsli bir platforma deyil. Heç vaxt isinmə problemi yaşatmayan “Akrep” tam bir kəşfiyyat maşınıdır. “Akrep”lər sürücü, komandir və operator olmaqla 3 nəfərlik şəxsi heyət üçün nəzərdə tutulmuşdu”, – deyə Sərdar Görgüc vurğulayıb.

Baş direktor onu da əlavə edib ki, “Otokar” mühəndisləri tədəfində bir nümunə olaraq hazırlanmış “Akrep” maşınlarının testləri hələ davam etməkdədir. 2021-ci ilin sonunda “Akrep” zirehli maşının istehsalına başlanması planlaşdırılıb.

Poliqon.az

CATEGORIES
TAGS