Özgür Güleryüz: STM şirkətinin ixrac uğurları artmaqdadır

Özgür Güleryüz: STM şirkətinin ixrac uğurları artmaqdadır

STM şirkətinin beynəlxalq səviyyədə ixrac uğurları artmaqdadır.

“Poliqon” xəbər verir ki, bunu “SavunmaSanayiST”ə açıqlamasında STM şirkətinin baş direktoru Özgür Güleryüz deyib.

Günümüzdə taktiki PUA sistemlərinin əhəmiyyətinin getdikcə daha da artdığını söyləyən Ö.Güleryüz bildirib ki, STM pilotsuz uçuş aparatlarını bir “ailə” kimi qəbul edir və mühəndislik töhfəsini daim artırmağı hədəfləyir: “PUA sistemlərini biz bir ailə olaraq görürük və STM ölkəmizin müdafiə sənayesindəki ən kritik mühəndis şirkətlərindən biridir. Bu mənada gördüyümüz işlərə mühəndislik töhfəsini artırmaq motivasiyasındayıq”.

Onun sözlərinə görə, STM-in bəzi məhsulları artıq inventarda yer alır və bir çox ölkəyə ixrac edilib.

“Müəyyən məhsullarımız artıq inventarda yer alır, bir çox ölkəyə ixracı həyata keçirilib, istifadə olunur. Amma bu məhsullara daha çox qabiliyyət qazandırmaq, məhsul çeşidini artırmaq məqsədilə daim işləməyə davam edirik”, – deyə baş direktor vurğulayıb.

STM tərəfindən inkişaf etdirilən KERKES layihəsinin GPS olmayan mühitlərdə fəaliyyət göstərə bilən PUA-lar üçün kritik texnologiya olduğuna toxunan Ö.Güleryüz, layihənin tamamlandığını bildirib: “KERKES layihəsi xüsusilə GPS-in olmadığı, GNSS-in sıxışdırıldığı mühitlərdə, hamımız bilirik ki, bu gün döyüş sahələrinin əksəriyyətində GPS yoxdur, xüsusilə də PUA platformalarına GPS olmadan uçuş qabiliyyəti qazandıra biləcək çox vacib bir alqoritmdir.

KERKES-in inkişafı tamamlanıb. Bir çox platformaya inteqrasiya olunub. Çox intensiv sınaqlardan keçirilib. Əslində bu gün GPS olmayan mühitlərdə uça bilən ən uğurlu dron sistemlərinin STM-in KERKES sistemli dronları olduğunu deyə bilərik. Bu baxımdan çox ciddi bir potensialın olduğunu düşünürük”.

CATEGORIES
TAGS