Xəbərlər

Pakistan Çindən J-10C qırıcıları alıb

Pakistan Çin istehsalı olan 25 ədəd çoxməqsədli J-10C döyüş təyyarəsi alıb.

“Poliqon” xəbər verir ki, bu barədə Pakistanın daxili işlər naziri Şeyx Rəşid Əhməd bildirib.

Nazirin sözlərinə görə, Çindən alınan 25 ədəd J-10C döyüş təyyarəsi 2022-ci il mart ayının 23-də Pakistanın “Müstəqillik Günü” münasibəti ilə keçiriləcək hərbi paradda nümayiş etdiriləcək. Onun sözlərinə görə, Pakistan Hərbi Hava Qüvvələrinin silahlanmasına veriləcək J-10C-lərin Hindistanın “Rafale” döyüş təyyarələrinə qarşı istifadə olunması nəzərdə tutulub.

Çinin “Chengdu Aircraft Industry Group” (CAIG) şirkəti tərəfindən dizayn və istehsal edilən dördüncü nəsil çoxməqsədli J-10C döyüş təyyarəsi hər cür hava şəraitində xidmət aparmaq qabiliyyətinə malikdir. Döyüş təyyarəsi Rusiya və Çin (lisenziyalı) istehsalı olan “NPO Saturn” mühərrikləri ilə təchiz edilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button