Pakistan HHQ-nin JF-17 Bllok III qırıcıları PL-15 raketləri ilə silahlandırlıb

Pakistan HHQ-nin JF-17 Bllok III qırıcıları PL-15 raketləri ilə silahlandırlıb

Pakistan Hərbi Hava Qüvvələrinin (HHQ) JF-17 Blok III qırıcıları Çin istehsalı PL-15 uzaqmənzilli “hava-hava” raketləri ilə təchiz olunub.

“Poliqon” “The STRATCOM Bureau”ya istinadən xəbər verir ki, Pakistan, PL-15 raketləri ilə silahlandırılan JF-17-lərin görüntülərini ilk dəfə yayımlayıb.

Mənbənin bildirdiyinə görə, bu raketlər regional gərginliyin artması səbəbindən Pakistan HHQ-nin bütün JF-17C qırıcılarında yerləşdirilmək üçün Çin tərəfindən yaxın müddət ərzində tədarük olunub.

Qeyd edilib ki, bunlar xarici müştərilər üçün imkanları məhdud ixrac variantlı PL-15-lər deyil, Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinin ehtiyatlarında olan PL-15 raketləridir.

Bundan əvvəl, 2019-cu ildə Pakistan və Hindistan arasında baş verən hava toqquşmaları zamanı Çin “hava-hava” tipli PL-12 rakatlərini Pakistana göndərib.

Yeni aktiv radiolokasiya tuşlamalı uzaqmənzilli PL-15 raketi reaktiv mühərriklə təchiz edilib və səs sürətini beş dəfə üstələyən yüksək sürətə (5 Mach) çata bilir. PL-15 raketinin uçuş mənzilinin diapazon təxminləri 150 km ilə 300-400 km arasında geniş şəkildə dəyişir.

2021-ci ildə “Zhuhai Airshow” sərgisində Çin, PL-15 raketinin maksimal 145 km məsafəyə malik PL-15E adlı ixrac variantını təqdim edib. İxrac versiyası ehtimal ki, yanacaq və ya raket mühərrikindəki dəyişikliklərə görə yerli versiyadan daha az mənzilə malikdir. Bu, SD-10 və onun yerli həmkarı PL-12 raketləri arasındakı vəziyyətə bənzəyir.

GpcmG33W0AANwKk

CATEGORIES
TAGS