
Pakistan Ordusu HQ-9/P ZRK-ni silahlanmaya qəbul edib
Çin müdafiə sənayesi kompleksinin istehsalı olan HQ-9 zenit-raket kompleksinin (ZRK) yeni versiyası Pakistan Silahlı Qüvvələrinə təhvil verilib.
Bu barədə “Poliqon” Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə (İSPR) istinadən məlumat verib.
HQ-9/P indeksli yeni ZRK Karaçi şəhərində Pakistan Ordusunun Baş Qərargah rəisi, ordu generalı Qamar Caved Bacvanın iştirakı ilə keçirilən mərasimdə Hava Hücumundan Müdafiə Qüvvələrinin arsenalına qəbul edilib.
HQ-9/P, inteqrasiya olunmuş CLIAD (Comprehensive Layered Integrated Air Defence) hava hücumundan müdafiə (HHM) və raket əleyhinə müdafiə (RƏM) sistemləri kimi fəaliyyət göstərə bilər.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər
TAGS HQ-9/P ZRK