![Prezident İlham Əliyev 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib Prezident İlham Əliyev 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib](https://poliqon.az/wp-content/uploads/2022/11/prezident-2.jpg)
Prezident İlham Əliyev 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib
Azərbaycan Prezident İlham Əliyev “2025-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.
“Poliqon” xəbər verir ki, qanuna əsasən, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407 milyon manat məbləğində təsdiq edilib.
Qeyd edək ki, 2025-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8 396 297 596 manat təşkil edəcək.
Qanunda müdafiə və və milli təhlükəsizlik xərclərinin istiqamətləri aşağıdakı kimidir:
- müdafiə qüvvələri – 2 665 277 196
- milli təhlükəsizlik – 467 917 873
- sərhəd xidməti – 540 314 143
- müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar – 5 359 711
- müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər – 4 717 428 673
Azərbaycan Respublikasının “2025-ci il dövlət büdcəsi haqqında” qanunu
CATEGORIES Xəbərlər