
Pakistan PIMEC beynəlxalq dəniz sərgisinə hazırlaşır
Pakistanın Karaçi şəhərində 2023-cü ilin 10-12 fevral tarixlərində ilk dəfə keçiriləcək PIMEC Beynəlxalq Dəniz Sərgisi və Konfransına hazırlıq işləri davam edir.
Bu barədə “Poliqon”a PIMEC sərgisinin təşkilat komitəsindən məlumat verilib.
Pakistan Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü və təşkilatçılığı, Pakistan Dəniz İşləri Nazirliyinin dəstəyi ilə keçiriləcək PIMEC-2023 sərgisində dəniz sənayesi sahəsində fəaliyyət göstərən həm dövlət, həm də özəl şirkətlər öz məhsullarını nümayiş etdirə, xidmət və imklanlarını təqdim edə biləcəklər.
Pakistanın Karaçi Ekspo Mərkəzində 3 gün davam edəcək tədbirin təşkilati işlərinin icrası “Badar Expo Solutions” (BXSS) şirkətinə həvalə edilib.
Təşkilat komitəsinin məlumatına görə, sərginin səmərəli keçməsi üçün geniş işgüzar proqram hazırlanıb. Bildirilib ki, PIMEC-2023 sərgisi dəniz sektoru üzrə fəaliyyət göstərən şirkətləri və dövlət qrumlarını bir araya gətirməklə onlar arasında həm yeni əməkdaşlıqların yaranmasında, həm də layihə və müqavilələrin imzalanmasında zəmin rolunu oynayacaq.
Xüsusi ilə Pakistan üçün böyük əhəmiyyətə malik olan bu sərgi ölkənin dəniz sənayesindəki qabiliyyətlərini və istehsal gücünü artırmağa, texnologiya transferi məsələlərini həyata keçirməyə, habelə iqtisadi cəhətdən gəlir əldə edilməsinə şərait yaradacaq.
Həmçinin sərgidə dövlətlərin rəsmi nümayəndələri ilə şirkətlər arasında yüksək səviyyəli görüşlərin baş tutması, brifinq və təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, POLİQON jurnalı PIMEC Beynəlxalq Dəniz Sərgisi və Konfransın rəsmi media tərəfdaşı qismində çıxış edir.