
“Pantsir”lər üçün zenit idarə olunan raketlər Rusiya Müdafiə Nazirliyinə çatdırılıb
“Yüksək Dəqiqlikli Komplekslər” holdinqi (“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxildir) “Pantsir” zenit raket-top kompleksləri (ZRTK) ailəsi üçün nəzərdə tutulan zenit idarə olunan raketlərin (ZİR) növbəti partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
“Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər”ə istinadən xəbər verir ki, raketlər dövlət müdafiə sifarişi çərçivəsində istehsal və tədarük olunub.
Xatırladaq ki, cari ilin mart ayında holdinq tərəfindən “Pantsir-S” ZRTK-lər Rusiya Silahlı Qüvvələrinə çatdırılıb.
TAGS Manşet